
Ağdərə. Trend:
16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon
Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan
1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına
təxliyə olunub.
Bu barədə Trend-ə
TƏBİB-dən məlumat verilib.
Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən
amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində
müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

