
Bakı. Trend:
Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə təyinat
alıb.
Trend-in
məlumatına görə, bu barədə AFFA-dan bildirilib.
Məlumata əsasən, o, Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş
hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək
edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə
yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda
keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da
başlanacaq.

