Lənkəranda qəza zamanı yaralıların vəziyyəti bəlli olub – FOTO – YENİLƏNİB

Baş səhifə

Lənkəranda baş verən qəzada xəsarət alanlar barədə yeni məlumat var.

APA-nın yerli bürosunun məlumatına görə, onlardan biri 1988-ci il təvəllüdlü Salyan rayon sakini Əliyar Ağagül oğlu Əzizov, qulağın arxa səthinin çoxsaylı əzilmiş-didilmiş yarası alıb və alt çənənin açıq yarası mövcuddur.

1962-ci il təvəllüdlü Salyan rayon sakini Səfər Əvəz oğlu Əzizov isə sağ döş qəfəsinin qapalı travması alıb. Qabırğa sınığı var.

***

15:35

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini 1976-ci il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

İlkin məlumata görə “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətdə hərəkətdə idarə edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir