
Bakı. Trend:
ABŞ ordusu tərəfindən Venesuelanın yaxınlığında təşkil edilən
təlimlər məsuliyyətsiz bir addımdır.
Trend-in
məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro
deyib.
“Trinidad və Tobaqo hakimiyyəti bu yaxınlarda ölkəmizin
yaxınlığında məsuliyyətsiz birgə təlimlər keçirdiyini bildirib”, –
deyə o bildirib.
Maduronun sözlərinə görə, ABŞ və Trinidad və Tobaqonun bu cür
hərəkətləri “Venesuela üçün təhdid kimi görünmək üçün nəzərdə
tutulub”. “Özümüzün təhdid olunmasına imkan verməyəcəyik”, – deyə
Venesuela prezidenti bildirib.
Trinidad və Tobaqoda keçiriləcək təlimlər 16 noyabrda başlayacaq
və 21 noyabra qədər davam edəcək. Təlimlər Vaşinqtonun Karakasa
qarşı təhdidləri fonunda keçirilir.

