DÇ-2026: Portuqaliya Ermənistanı məğlub etdi – 9:1

Baş səhifə

Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya və Ermənistan milliləri üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya öz meydanında Ermənistanı 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.

Portuqaliyaya qələbə qazandıran qolları Kriştiano Ronaldosuz Renato Veyqa (7-ci dəqiqə), Qonsalu Ramuş (28), Joau Neveş (30,41, 81), Brunu Fernandeş (45+3 – penalti, 52, 72 – penalti) və Fransişku Konseysau (90+2) vurub.

Ermənistanın yeganə təsəlli qolunu 18-ci dəqiqədə Eduard Spertsyandan vurub.

Qeyd edək ki, DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir