Azərbaycanın ən böyük göllərindən biri qurudu –

Baş səhifə

Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub.

Metbuat.az xəbər verir ki, gölə yaxın yaşayan sakinlər deyir ki, illər öncə bu ərazi həm turizm, həm də istirahət məkanı kimi seçilirdi.

Vaxtı ilə 16/kv-km ərazisi, dərinliyi isə 5 metr olan göl bir neçə ildir su üzünə həsrət qalıb. Qurumuş göldə yabanı halda ot bitib.

Ekoloqlar bildirirlər ki, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov deyir ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. Son illərdə qlobal iqlim dəyişikliyi Hacıqabul gölündən də yan keçməyib.

Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri deyir ki, gölün əvvəlki vəziyyətinə qaytarılması üçün müəyyən işlər aparılır. Su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə yəni davam edir.

Əgər tədbirlər uğurlu olarsa, mütəxəssislər gələcəkdə göldə minimum səviyyədə olsa belə suyun geri dönəcəyini istisna etmirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir