ABŞ-də inflyasiyanın azalması 2026-cı ilin əvvəlində gözlənilir – Skott Bessent

Baş səhifə

Bakı. Trend:

ABŞ-də inflyasiyanın enməsi və əhalinin real gəlirlərinin
artması 2026-cı ilin birinci yarısında baş verəcək.

Trend xəbər verir
ki, bu barədə proqnozu ABŞ Maliyyə Naziri Skott Bessent
açıqlayıb.




Onun sözlərinə görə, ilin ilk iki rübündə inflyasiya
göstəricilərində aşağıya doğru hərəkət və real gəlirlərdə ciddi
artım müşahidə olunacağı gözlənilir. Bessent bildirib ki, bu iki
göstərici üst-üstə düşdükdə amerikalılar bunu aydın şəkildə hiss
edəcəklər.

Nazir həmçinin kiçik bizneslərin artım baxımından “əla 2026-cı
il” yaşayacağına əmin olduğunu qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir