İran XİN: Tehran nüvə danışıqlarını bərpa etməyəcək

Baş səhifə

“Tehran artıq İranın nüvə proqramı ilə bağlı məsələləri Aİ ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə müzakirə etmək niyyətində deyil. Çünki onlar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa edəcək geri çəkilmə mexanizmini işə salmağa cəhd ediblər.”

APA xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

“Bilirsiniz, ABŞ ilə danışıqlar “Avropa üçlüyü” ilə danışıqlardan ayrıdır. Geri çəkilmə hadisəsindən sonra biz onlarla nüvə proqramı ilə bağlı danışıqlar aparmamaq qərarına gəldik. Çünki onlar beynəlxalq hüquqa zidd hərəkətlər ediblər. Avropa ölkələri ilə münasibətlər davam edir. Xüsusən də Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün bizim nüvə proqramını müzakirə etmək niyyətimiz yoxdur”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir