Uzun zamandır millinin oyununda belə atmosfer olmurdu –

Baş səhifə

Futbol üzrə Fransa millisinə qol vurmaq da çətindir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına uduzduqları (1:3) matçla bağlı fikirlərini bölüşüb:

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox arzulayırdıq. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir