ABŞ ordusu narkotik daşıyan gəmiyə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Pentaqon rəhbəri Pit Heqsetin əmri ilə Sakit Okeanda
narkotik daşımaq üçün istifadə edildiyi iddia olunan daha bir
gəmini məhv edib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.




Komandanlığın açıqlamasında bildirilir ki, “Müdafiə naziri Pit
Heqsetin əmri ilə ‘Cənubi Nizə’ Birgə Əməliyyat Qrupu terror
təşkilatı tərəfindən istifadə edilən gəmiyə ölümcül kinetik zərbə
endirib. Kəşfiyyat gəminin narkotik qaçaqmalçılığı ilə məşğul
olduğunu təsdiqləyib. Gəmidə olan üç narko-terrorçu ölüb. Hadisə
Şərqi Sakit Okeanda, beynəlxalq sularda baş verib.”

Qeyd olunur ki, Heqset narkotik əleyhinə əməliyyat olan “Cənubi
Nizə”nin başladığını elan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir