
Bakı. Trend:
ABŞ-nin Kaliforniya məhkəməsinin qərarına əsasən, “Apple”
şirkəti qanda oksigen səviyyəsini ölçmə texnologiyası ilə bağlı
patent pozuntusuna görə “Masimo” şirkətinə 634 milyon dollar
ödəməlidir.
Trend xəbər verir
ki, məhkəmə qərarında “Apple Watch” smart-saatlarının bəzi
funksiyalarının “Masimo”nun patent hüquqlarını pozduğu
göstərilib.
“Apple”ın nümayəndəsi bildirib ki, şirkət məhkəmə qərarı ilə
razılaşmır və apellyasiya şikayəti verməyi planlaşdırır: “Son 6 il
ərzində ‘Masimo’ tərəfindən “Apple”a qarşı qaldırılan 25-dən çox
patent iddiasının əksəriyyəti etibarsız hesab edilib. İddia olunan
patentin müddəti 2022-ci ildə bitib və köhnəlmiş texnologiyaya
aiddir”.

