Livanda iki “Hizbullah” komandiri öldürüldü

Baş səhifə

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Livanın cənubuna zərbə endirib və nəticədə “Hizbullah” hərbi rəhbərliyinin iki üzvü həlak olub.

APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, öldürülən Məhəmməd Şveyya və Radvan Xaşab İsrail pilotsuz təyyarəsinin raket atəşinə tutduğu nəqliyyat vasitəsində olublar.

Hadisə Tir sərhəd bölgəsindəki əl-Mansuri qəsəbəsində baş verib. Pilotsuz təyyarənin hücumundan sonra nəqliyyat vasitəsi alovlanıb və içindəki şəxslər aldıqları yaralardan ölüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir