
Bakı. Trend:
ABŞ ordusu Pilotsuz uçuş aparatlarının yaratdığı real təhlükəni
qəbul edir.
Trend-in
məlumatına görə, bunu ABŞ-nin ordu naziri Daniel Driskoll CBS
telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ordusuna pilotsuz təyyarələrə qarşı
müdafiə sistemlərinin inkişaf etdirilməsi tapşırılıb və bu vəzifə
indiyədək öhdəsinə götürdüyü işlərdən tamamilə fərqlidir.
Driskoll qeyd edib ki, müasir dronlar əldəqayırma partlayıcı
qurğular kimi istifadə edilə bilər: “Onlar ucuzdur, evdə 3D-çap
etmək mümkündür və sərhədləri çox asanlıqla keçirlər.”
Nazir pilotsuz uçuş aparatlarını “bəşəriyyət üçün təhlükə”
adlandıraraq, Rusiya-Ukrayna müharibəsində dronların səbəb olduğu “məhvetmənin miqyası və sürəti”nə diqqət yetirilməli olduğunu
vurğulayıb.
O əlavə edib ki, federal hökumət dronlara qarşı mübarizədə lider
mövqe tutmalıdır: “Amma mən optimistəm və düzgün iş gördüyümüzə
inanıram.”

