“Google Play” “Harada izləmək olar” funksiyasını istifadəyə verib

Baş səhifə

Bakı. Trend:

“Google Play” istifadəçilərə filmləri və serialları hansı
platformalarda izləməyin mümkün olduğunu daha tez tapmağa imkan
verən yeni “Harada izləmək olar” funksiyasını istifadəyə verib.

Trend-in
məlumatına görə, yenilik barədə məlumatı “Androidauthority”
yayıb.




Artıq “Play Store”a film və ya serialın adını daxil etdikdə,
həmin kontenti izləmək imkanı verən bütün tətbiqlərin siyahısı
ekranda görünəcək. Əgər siyahıdakı tətbiq istifadəçinin cihazında
quraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirmək
mümkündür.

Bununla belə, funksiyanın müəyyən məhdudiyyətləri də var. Sistem
istifadəçinin göstərilən platformalara abunə olub-olmadığını
göstərmir. Eləcə də reklamların olub-olmayacağı və əlavə ödənişli
abunə tələb edilib-edilmədiyi barədə məlumat təqdim etmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir