Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq – ITU rəsmisi

Baş səhifə

Bakı. Trend:

Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq.

Trend xəbər
verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya
İnkişafı Konfransının açılış mərasimdə Beynəlxalq Telekommunikasiya
İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT)
direktoru Kosmas Lukison Zavazava deyib.

O, rəqəmsal inqilabın cəmiyyətlərə və iqtisadiyyatlara güclü
təsir göstərdiyini vurğulayıb: “Son illər əlaqəlilik sahəsində
ciddi irəliləyiş əldə olunub. 2022-ci ildə 2,7 milyard olan oflayn
əhali bu gün 2,2 milyarda enib. Lakin rəqəmsal uçurum tam aradan
qalxmayıb və artıq yeni mürəkkəb xarakter alıb. Bu uçurum yalnız
infrastruktur çatışmazlığından deyil, əlçatanlıq, rəqəmsal
bacarıqlar və təhlükəsizlik kimi amillərdən də qaynaqlanır”.




O bildirib ki, bəzi ölkələr süni intellekt və 6G kimi
texnologiyalarda irəliləyərkən, digərləri hələ də ən əsas internet
bağlantısı ilə mübarizə aparır. Bu səbəbdən konfransın əsas məqsədi
Bakı Bəyannaməsinin hazırlanmasıdır. Bəyannamə qlobal rəqəmsal
inkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur.

“Dünyanın rəqəmsal gələcəyini formalaşdırmaq üçün birlikdə
hərəkət etməliyik,” – deyə elekommunikasiya İnkişaf Bürosunun
direktoru çıxışını yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir