
Bakı. Trend:
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli
özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində
mühüm tarixi mərhələ olub.
Trend xəbər
verir ki, bu fikirlər Xarici İşlər Nazirliyin “X” hesabındakı
paylaşımda öz əksini tapıb.
Bildirilib ki, bu gün xalqımız birliyini, milli iradəsini və
müstəqillik əzmini nümayiş etdirərək dövlət suverenliyimizin
bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb
edir.
“Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin
iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq
müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi
istiqamətində ardıcıl səylərini davam etdirir.
Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı
inkişaf arzulayırıq”, – paylaşımda qeyd edilib.

