Qazaxıstanın rəqəmsal inkişaf nümayəndə heyəti Azərbaycanda kibertəhlükəsizlik təcrübəsi ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin
müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycana səfər edib.

Elektron Təhlükəsizlik Xidmətindəndən Trend-ə verilən məlumata
görə, qonaqlar əvvəlcə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə
tanış olublar.

Bildirilib ki, onlara mərkəzin fəaliyyəti, tədris proqramları
barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik
Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir
mübadiləsi aparılıb.




Qonaqlar daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində
olublar.

Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda
kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat
verilib.

Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki
təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir