Bakıda məqsədimiz müzakirələr və qətnamələr vasitəsilə rəqəmsal dayanıqlığı gücləndirməkdir – Beynəlxalq Elelktrik Rabitəsi İttifaqının baş katibi

Baş səhifə

Bakı. Trend:

Bakıda bizim məqsədimiz müzakirələr və qətnamələr vasitəsilə
rəqəmsal dayanıqlığı gücləndirməkdir.

Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya
İnkişaf Konfransında (“WTDC-25”) Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının (BERİ) baş katibi Dorin Boqdan-Martin çıxışında
söyləyib.

Baş katib vurğulayıb ki, rabitə bu gün insanlığın fərdi və
kollektiv dayanıqlığının təməl daşıdır və gələcəkdə də belə olaraq
qalacaq.




O deyib ki, internet şəbəkəsinə çıxış bir uşaq üçün təhsil almaq
imkanı, yeni biznes üçün mobil texnologiyalardan istifadə etməklə
ən vacib xidmətləri göstərmək şansı, gələcək ana üçün həyati vacib
tibbi məlumatlara çıxış, gənclər üçün isə layiqli qazanc əldə etmək
üçün tələb olunan bacarıqlara yiyələnmək imkanı deməkdir.

“Burada, Bakıda bizim vəzifəmiz bu ehtiyacların ödənilməsinə
kömək etmək və siyasi müzakirələrimiz və qətnamələrimiz vasitəsilə
dayanıqlılığı gücləndirməkdir”, – deyə o qeyd edib.

Boqdan-Martinin sözlərinə görə, “WTDC-25”in məqsədi rəqəmsal
imkanları hər kəs üçün əlçatan və mənalı etmək, sürətlə dəyişən
texnoloji dünyada heç kimin geridə qalmaması üçün şərait yaratmaq
və qlobal rəqəmsal inkişaf gündəminə yeni nəfəs verməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir