Prezident İlham Əliyev: Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir

Baş səhifə

Bakı. Trend:

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası
Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil
edir.

Trend xəbər verir ki, bu
fikir Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq
Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın
İnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, “Azərbaycan 2030:
Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun
olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas
strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. “Biz bu
istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi
önəm veririk”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir