Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

Baş səhifə

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır.

Modern.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.

Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir