
Bakı. Trend:
İsrail ordusu ötən gecə Livanın cənubunda hava əməliyyatı
keçirib. Əməliyyatın gedişində drondan endirilən zərbə nəticəsində
Hizbulla vəzifəlilərindən biri zərərsizləşdirilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə
Qüvvələri (IDF) təsdiqləyib.
Mansuri kəndi yaxınlığında zərərsizləşdirilmiş Hizbullah üzvünün
Məhəmməd Əli Şuveyx olduğu bildirilir.
İddiaya görə, o Hizbullah hərəkatının yerli nümayəndəsi
olub.
IDF bildirir ki, öldürülən şəxs terrorçu qruplaşma ilə sakinlər
arasında iqtisadi və hərbi məsələlərdə əlaqələndirməni həyata
keçirməklə məşğul olub.

