WUF13-ün Bakıda hansı məkanda keçiriləcəyi açıqlandı

Baş səhifə

Bakı. Trend:

13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas tədbir məkanı
Bakı Olimpiya Stadionu olacaq.

Trend xəbər verir
ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13-ün milli koordinatoru Anar Quliyev diplomatik korpus üçün
WUF13-ə həsr olunmuş brifinqdə bildirib.

“COP29 zamanı müəyyən edilmiş təşkilati standartlara uyğun
olaraq, WUF13 bütün iştirakçılar üçün asan əlçatanlıq, səmərəli
logistika və əvəzolunmaz qonaqpərvərlik təmin edəcək”, – deyə o
bildirib.




Quliyev qeyd edib ki, dünya misli görünməmiş sürətlə
urbanizasiya olunur.

“Bu sürətli transformasiya firavanlıq, innovasiya və inkişaf
üçün imkanlar yaradır, eyni zamanda mənzil təminatı, infrastruktur,
iqlim dəyişikliyinə dayanıqlıq və sosial inklüzivliklə bağlı ciddi
çağırışlar ortaya qoyur. Son illərdə bir çox beynəlxalq
platformalar urbanizasiya və iqlim dəyişikliyi kəsişməsinə daha çox
diqqət yetirir,” – deyə o vurğulayıb.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir