Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb – FOTO – YENİLƏNİB

Baş səhifə

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri – 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.

Onların fermada gözətçi işlədikləri bildirilir.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

***

16 noyabr, 16.17

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir