Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? – AÇIQLAMA (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə “9990” və
“7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli
məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin
məlumatlarının oğurlandığı barədə iddialar yayılıb. Belə zənglər
hansı təhlükələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İT üzrə mütəxəssis Bəhruz Əliyev
bildirib ki, bu tipli qısa nömrələrdən gələn zənglər real operator
və banklara aid olmur.

“Bu, zəng edilən nömrələrin saxtalaşdırılması kimi adlanan
texnika ilə edilir. Belə zənglər İP və internet üzərindən işləyən
saxta telefon sistemləri vasitəsilə həyata keçirilir. Dələduzlar
internetdə ucuz qiymətə telefon xidməti alırlar və bundan sonra
istədikləri nömrəni sizin ekranınızda göstərmək imkanları
olur”.

B.Əliyev qeyd edib ki, bu tipli zənglər əsasən xarici ölkələrdən
edilir.

Həmin zənglərin məqsədi müxtəlif olur. Bank hesablarını ələ
keçirmək, sosial media hesablarının oğurlamaq, şəxsin haqqında
məlumat toplamaq kimi məqsədlər üçün edilir. Lakin belə cəhdlər
birbaşa nömrəylə əlaqə saxlayaraq reallaşmır. Növbəti mərhələdə
onlardan bizə sms kod gələ bilər ki, bununla yanlış
istiqamətlənərək maddi, mənəvi zərərə uğraya bilərik.

Mütəxəssisin fikrincə, bu cür nömrələrdən gələn zəngin
cavablanması ilk cəddə hərhansı risk doğurmur:




“ Zəng edənlər ilk olaraq nömrənin aktiv olub-olmadığını
yoxlayırlar. Bundan sonra nömrəmizə “fishing” məqəsədli zənglər,
mesajlar, linklər gələ bilər. Bu tipli nömrələrə cavab verməmək
tövsiyə edilir. Belə zənglər gəldikdə mobil operatora məlumat
verilməlidir ki, müvafiq tədbir görülsün”.

B.Əliyev vurğulayıb ki, telefonlarda əməliyyat sistemlərini
daimi olaraq yeniləyib ən son versiyanı aktivləşdirmək
lazımdır.

“Banklar və dövlət qurumlarının hansısa zənglə bizdən məlumat
öyrənməyə ehtiyacının olmadığını unutmamalıyıq”,-deyə o, əlavə
edib.

Qeyd edək ki, DİN hazırda “9990” və “7770” nömrələrindən gələn
zənglərlə bağlı iddiaları araşdırır.

Qurumdan açıqlanıb ki, ilkin araşdırmalar zamanı bank kartlarına
müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya
vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər
hansı fakt aşkarlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir