
Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində “Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi” hazırlanacaq.
Mətbuat.az xəbər verir ki, bu barədə tədbirin açılış mərasimində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT) direktoru Kosmas Lukison Zavazava məlumat verib.
Onun sözlərinə görə, rəqəmsal inqilabın cəmiyyətlərə və iqtisadiyyatlara təsiri getdikcə güclənir. Zavazava qeyd edib ki, son illərdə qlobal əlaqəlilik sahəsində əhəmiyyətli irəliləyiş əldə olunub:
“2022-ci ildə 2,7 milyard nəfər oflayn idi, bu gün isə bu göstərici 2,2 milyarda enib. Lakin rəqəmsal uçurum tam aradan qalxmayıb və daha mürəkkəb xarakter alıb. Bu fərq yalnız infrastruktur deyil, həm də əlçatanlıq, rəqəmsal bacarıqlar və təhlükəsizlik məsələləri ilə bağlıdır”.

