
Bakı.Trend:
Çinli tur operatorları Azərbaycanda topladıqları təcrübə və
məlumatları istifadə edərək ölkəyə yönəlmiş yeni tur paketləri
təqdim etməyi planlaşdırırlar.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin
sədri Florian Zenqstşmid Bakıda ilk dəfə təşkil edilən “China
Visitors Summit”də deyib.
O vurğulayıb ki, bu təşəbbüs Çin və Azərbaycan arasında turizm
sahəsində əməkdaşlığı daha da gücləndirir:
“Bu platforma hər iki ölkənin turizm sənayesi arasında
insanların qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir. Bu il
Çində keçirilən tədbirlər arasında məhz bu görüşün təsiri xüsusilə
diqqət çəkir”.

