Azərbaycan bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin
edə bilən çox azsaylı ölkələrdən biridir.

Trend xəbər
verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Saməddin Əsədov Bakıda keçirilən Ümumdünya
Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) üzrə mətbuat
konfransında deyib.

O bildirib ki, hazırda dünyada təxminən 2,6 milyard insan hələ
də mənalı internet bağlantısından məhrumdur: “WTDC25-in əsas
məqsədi bu əhali üçün əlçatan və keyfiyyətli internet bağlantısını
genişləndirmək və qlobal rəqəmsal fərqi azaltmaqdır. Azərbaycan isə
bütün ərazisi üzrə 100% genişzolaqlı internet təmin edə bilən çox
azsaylı ölkələrdən biridir. Bu bizə yalnız regional nümunə olmaq
imkanı yaratmır, həm də qlobal səhnədə təcrübəmizi və biliklərimizi
paylaşmağa imkan verir”.




Nazir müavini, həmçinin konfransın Bakıda keçirilməsini
əhəmiyyətindən də danışıb: “Bu konfransın Bakıda keçirilməsi həm
Azərbaycan, həm də bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu,
ölkənin rəqəmsal transformasiyasını sürətləndirmək və beynəlxalq
nüfuzunu daha da artırmaq üçün çox önəmli bir platformadır. 160-dan
çox ölkədən təxminən 2 500 nümayəndə qatılır, o cümlədən ABŞ,
Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin və
digərləri. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində
nümayəndə heyətləri də iştirak edir. Həmçinin, 500-dən çox gənc
peşəkar bu tədbirdə iştirak edir ki, bu da həm beynəlxalq, həm də
Azərbaycan gənclərinə qlobal texnologiya trendlərini izləmək və
beynəlxalq əməkdaşlıqlar qurmaq imkanı verir”.

“Konfrans müddətində 2026-2029-cu illər üçün qlobal rəqəmsal
inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və
prioritetlər müəyyənləşdiriləcək və xüsusilə ən az inkişaf etmiş
ölkələr, sahilsiz ölkələr və kiçik ada dövlətlərinin rəqəmsal
imkanlarının gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Biz
əminik ki, bu tədbir qlobal rəqəmsal inkluziya və dayanıqlı
inkişafın təşviqinə əhəmiyyətli töhfə verəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir