
Bakı. Trend:
Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez
müddətdə həyata keçirilməyəcək.
Trend xəbər
verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə
açıqlamasında bildirib.
“Biz hazırda konseptual mərhələdəyik. İşin mahiyyəti saat hesabı
əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq
tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirməkdir.
Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss
etdirməkdir.
Yaxın həftə ərzində ictimaiyyətə mövu ilə bağlı geniş açıqlama
verəcəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac
qalmasın. Yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin
əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək
olmalıdır. Müəllim yüksək əməkhaqqı üçün həddən artıq dərs yükü
götürməli olmayacaq.
Milli Məclisdəki çıxışda gələcəyə doğru bəzi fikirləri
paylaşmışıq. Təəssüf ki, nazirlik detalları açıqlamamış bir çox
tərəflər mövzu ilə bağlı geniş detallara varıblar. Mən Elm və
Təhsil Nazirliyinin mövzu ilə bağlı növbəti açıqlamalarını
gözləməyinizi tövsiyyə edərdim”, – nazir əlavə edib.

