İmişlidə fərdi yaşayış evin həyətində yanğın baş verib

Baş səhifə

İmişli. Trend:

İmişli rayonu ərazisində fərdi yaşayış evinin həyətində yerləşən
və meyxanaçıya məxsus olan səs yazma montaj otağında yanğın
hadisəsi baş verib.

Trend-in bölgə
müxbiri xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhər
sakini Ağalar Həsənova məxsus fərdi yaşayış evinin həyətyanı
sahəsində qeydə alınıb.

Belə ki, ev sahibinin oğlu meyxanaçı Ərrəhmana məxsus olan
yardımçı tikilidəki səs yazma otağında başlayan yanğın qısa
müddətdə güclənib.




Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından
Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin
texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi
istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb,
ətraf tikilərə keçməsinin qarşısı alınaraq evlər yanğından mühafizə
edilib. Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan səs
yazma montaj otağı və içərisindəki avadanlıqlar yararsız hala
düşüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir