Almaniya İsrailə bəzi silahların ixracına qoyduğu qadağanı ləğv edəcək

Baş səhifə

Almaniya növbəti həftədən etibarən İsrailə bəzi silahların ixracat qadağasını ləğv edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra İsrailə silah satan ən böyük ikinci ölkədir.

Bundan əvvəl, Almaniya avqust ayında İsrailə bir sıra silahların ixracatına qadağa qoymuşdu.

Almaniya İsrail-Fələstin münaqişəsinin ikidövlətli həll yolu ilə nəticələnməsini dəstəklədiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir