Azərbaycan neft məhsullarının ixracını 18%-dən çox artırıb

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 327 757,92 min ABŞ dolları dəyərində 587 805,75 ton neft məhsulları ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,06%, həcmi isə 18,6% çox olub.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir