Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini ilə “Tramp marşrutu”nu müzakirə edib

Baş səhifə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.

APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.

Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.

Tərəflərin “Tramp marşrutu”nu da müzakirə etdikləri bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir