“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
sahibkarlar üçün qarşılıqlı faydaya əsaslanan yeni layihəni təqdim
edib. Layihə çərçivəsində sahibkarlar dostlarını banka dəvət edərək
birgə qazanc əldə edəcəklər.

Dəvət olunan şəxs hesab açıb “Tarifim” məhsulunu əldə etdikdə
həmin tarif üzrə ödənilən komissiya məbləğinin 10%-i dəvət edənə,
10%-i isə dəvət olunana geri ödənir. Beləliklə, hər iki sahibkar
eyni vaxtda fayda əldə etmiş olur.

Qazanmaq üçün atılacaq sadə addımlar:

”PAŞA Bank Biznes” hesabınızdakı sizə məxsus linki sahibkar
dostunuzla paylaşın;
Dəvət etdiyiniz şəxs linkə keçərək hesab açsın;
Dostunuz “Tarifim” paketini alsın;
Ay sonunda komissiya məbləğinin 10%-i hər ikinizin hesabına
köçürülsün.




İştirak yalnız “PAŞA Bank Biznes” veb-platforması üzərindən
mümkündür: https://pshb.az/48o8tFF

Layihə bankın müştəri yönümlü xidmət siyasətinin tərkib
hissəsidir və bizneslər arasında əməkdaşlığı daha da gücləndirməyi
hədəfləyir. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün linkə
keçid edin.

2025-ci ildə PAŞA Bank real sektor və biznesin dayanıqlı
inkişafına verdiyi töhfələrə görə “International Investor” və
“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti”
nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan
bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan
“World’s Best Private Banks 2025” mükafatının qaliblərindən
biridir.

“PAŞA Bank” rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər
sahəsində mühüm uğurlar əldə edib. Bank müştəriyönümlü yanaşması,
rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri
ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək
niyyətindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir