Polis paytaxt ərazisində oğurluqlar edən dörd nəfəri saxladı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.
Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000
pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkənlər polis orqanına müraciət
ediblər.




Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri
ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı
H.Əliyev və 42 yaşlı A.Fərəcullayeva müəyyən olunaraq
saxlanılıblar.

Nizami rayonunda isə ticarət mərkəzlərinin birindən qızıl üzük,
eləcə də avtomobildən 500 manat nağd pul oğurlamaqda şübhəli
bilinən 54 yaşlı Ç.Babayeva və əvvəllər məhkum edilmiş 41 yaşlı
İ.Nağıyev tutulublar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir