Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edənlər saxlanılıblar

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş”
markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 41 yaşlı S.Əliyev avtomobili idarə edərkən
saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.




Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə
rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2800
manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18
yaşlı Ə.Mürsəlov tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir