​Müğənninin 1 milyard dolları kimə çatacaq?

Baş səhifə

Türkiyənin əfsanəvi muğənnisi Muazzəz Abacının ABŞ-da vəfat etməsindən sonra gözlər ondan qalan var-dövlətə çevrildi. Yerli KİV müğənnidən geriyə 1 milyard dollar dəyərində çoxlu sayda mülk, ticarət mərkəzi, bahalı maşın və nəğd pul qaldığını yazdı.

Hazırda Türkiyə mediası bu suala cavab tapmağa çalışır: Muazzəz Abacının var-dövləti kimə çatacaq ?

Metbuat.az xəbər verir ki, müğənninin ABŞ-da yaşayan 56 yaşlı qızı Saba Abacı bu suala cavab verib. Anasının dəfnində iştirak etmək üçün Türkiyəyə gələn Saba Abacı müğənninin mirasla bağlı vəsiyyətnaməsinin olmadığını bildirib. O, bu sözləri ilə anasının mirasının yeganə sahibi olduğuna işarə edib. Muazzəz Abacının sahib olduğu var-dövlətdən xeyriyyə fondlarına 1 lirə də bağışlamadığı məlum olub.

Xatırladaq ki, Muazzəz Abacı noyabrın 12-də ABŞ-da vəfat edib. O, bu gün Ankarada torpağa tapşırılacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir