Bakıda kondisioner və inşaat materialları oğurlayan şəxslər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən özəl
şirkətlərin birinə məxsus ofisdən kondisioner oğurlanıb. Bu barədə
zərərçəkən tərəf polisə məlumat verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə
şübhəli bilinən 34 yaşlı Z.Allahverdiyev, əvvəllər məhkum
olunmuşlar – 49 yaşlı S.Səlimov və 37 yaşlı P.Həsənov müəyyən
olunaraq saxlanılıblar.




Pirallahı rayonunda isə vətəndaşa məxsus evin həyətindən 1000
manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 45
yaşlı R.Əbdülrəhmanov tutulub.

Faktlar üzrə araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir