Rusiya dronları Polşaya partladıcı keçiribmiş 

Baş səhifə

Sentyabrın 9-dan 10-na keçən gecə Polşanın hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatlarının bir hissəsi partlayıcı maddə daşıyıb.

Modern.az Ukrayna mediasına istinadən yazır ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı general-leytenant Matsey Kliş açıqlama verib.

O qeyd edib ki, sentyabr ayında Rusiya dronlarından gələn təhlükə Polşa üçün real təhlükə idi.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə 20-yə yaxın Rusiya pilotsuz uçuş aparatı Polşanın hava məkanına keçmişdi. Hava hücumundan müdafiə qüvvələri dörd dronu vurmuş, qalanları isə 11 yaşayış məntəqəsində, o cümlədən biri hərbi bazanın ərazisində düşmüşdü.

Polşa KİV-lərinin məlumatına görə, dronların hədəfi NATO bazası olub.

Cavid Zahidoğlu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir