44 günlük müharibənin bitməsindən indiyədək 412 nəfər mina partlayışlarının qurbanı olub – XİN

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Qazaxın Bala Cəfərli
kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin (ANAMA) əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev
Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada
əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan
əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Trend xəbər
verir ki, Xarici İşlər Nazirliyinin “X” hesabında sözügedən hadisə
ilə bağlı paylaşım edilib.

Bildirilib ki, mina təhlükəsi hələ də Azərbaycanda insanların
həyatına son qoymaqda davam edir.

“Bu gün ANAMA-nın əməkdaşı Ermənistan sərhədində mina partlayışı
nəticəsində ağır yaralanıb.




Təkcə 2020-ci ilin 44 günlük müharibəsinin bitməsindən bu yana
412 nəfər mina partlayışlarının qurbanı olub.

Mülki şəxsləri hədəfə alan, bərpa işlərinə mane olan və
təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq
humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

Bu hadisə həmçinin genişmiqyaslı minatəmizləmə əməliyyatları
üçün sürətləndirilmiş və beynəlxalq dəstəyə olan təcili ehtiyacı
bir daha göstərir”, – deyə paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir