Rusiya Gənclər İttifaqının keçmiş sədri həbs edilib

Baş səhifə

Rusiya Gənclər İttifaqının keçmiş sədri Pavel Krasnorutski mənimsəmə işi üzrə həbs edilib.

APA-nın Moskva bürosu yerli KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Krasnorutski noyabrın 12-də saxlanılıb və noyabrın 15-də Moskvanın Tverskoy Məhkəməsi onu istintaq təcridxanasına göndərib.

Krasnorutski mənimsəmədə ittiham olunur; məhkəmə işin heç bir təfərrüatını açıqlamayıb və həbs qərarını dərc etməkdən imtina edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir