İtaliyada “Louis Vuitton” mağazası qarət olunub

Baş səhifə

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada dəbdəbəli “Louis Vuitton” brendinin
mağazası qarət olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, üzlərində maska olan azı 3 cinayətkar avtomobillə
metal jalüz qapılarını dağıdaraq, mağazanın anbarına daxil
olublar.

Oğruların binadakı bütün satış məhsullarını qarət etdikləri
bildirilir. Oğurlanmış malların ümumi məbləği hələ ki, tam
hesablanmayıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir.
Oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir