Azərbaycan bu ölkəyə karbamid tədarükünü bərpa etdi

Baş səhifə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 131,9 milyon ABŞ dolları dəyərində 426 min 911 ton karbamid ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 4,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 101,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 323 min 643 ton (+47 %), Kanadaya 12,9 milyonABŞ dolları dəyərində 45 min 588 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 22 min 408 ton (+8 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton, Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində (-84 %) 8 min 289 ton (-90 %) məhsul satıb.

Azərbaycan 3 ilin tamamında Hindistana karbamid tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir