Qəbələdə tövlədə yanğın olub, 10 ton ot bağlaması yanıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Qəbələ rayonunun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat
daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş
yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən
söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan tövlənin yanar
konstruksiyaları 40 m² sahədə və damına yığılmış 14 ton ot
bağlamasından 10 tonu yanıb.

Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər
yanğından mühafizə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir