Avropa İttifaqı müdafiə birliyinə çevrilməlidir – Almaniya kansleri

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının beynəlxalq
təhlükəsizlik çağırışları fonunda Avropa Müdafiə Birliyinə
çevrilməsinin vacibliyini vurğulayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Merts bu barədə “Suddeutsche
Zeitung” biznes sammitində danışıb.

O bildirib ki, avropalılar Ukrayna müharibəsi, Avro-Atlantik
əlaqələrdə dəyişikliklər və Çinin artan təzyiqi kimi yeni
təhlükələrə birgə cavab verməlidirlər.




Kanslerin dözlərinə görə, Almaniyanın ən güclü iqtisadiyyata və
ən çox əhaliyə malik ölkə olaraq Avropanın müdafiəsində
səhmdarlıqda daha böyük məsuliyyət daşımalıdır.

Merts əlavə edib ki, “Avropa Müdafiə Birliyi” ideyası sadəcə
şüar yox, konkret məna daşıyan struktur olmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir