
“Real Madrid”in türk ulduzu Arda Güləri öz heyətinə qatmaq istəyən Avropa klublarının sayı hər gün artır.
Metbuat az xəbər verir ki, İngiltərənin köklü klublarından olan “Mançester Siti” 20 yaşlı futbolçu ilə yaxından maraqlanır.
İngiltərə mediası yazıb ki, Mançester klubu Ardanın transferini mövsümün axırına saxlamaq istəmir. Baş məşqçi Xosep Qvardiolanın bu transferdə israr etdiyi bildirilir.
İngilis devi bu transfer üçün 100 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, Arda Gülər bu movsüm “Real Madrid”in heyətində 16 dəfə meydana çıxıb. Türk ulduz 3 qol vurub, 6 qolun ötürməsini verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

