Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayır – FOTO

Baş səhifə

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır.

APA xəbər verir ki, bu münasibətlə “Euronews”un Bakıdakı ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas Davidin bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

Pedro Vargas David Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib.

Azərbaycan və “Euronews” arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Açılış mərasimi mədəni proqramla davam etdirilib.

Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir