
Bakı. Trend:
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher Premyer Liqaya
qayıda bilər.
Trend xəbər
verir ki, “Mançester Yunayted” 25 yaşlı futbolçunu transfer etmək
istəyir.
“Qırmızı şeytanlar”ın nümayəndələri ingiltərəli oyunçu ilə
görüşüblər. “Mançester Yunayted” yaxın vaxtlarda İspaniya klubu ilə
danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Atletiko” Konor Qallaheri 2024-cü ilin yayında “Çelsi”dən 42 milyon avroya transfer edib. İngiltərə millisinin
üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 19
rəsmi matçda 2 qol vurub.

