Özbəkistan məktəbləri Azərbaycan təhsil müəssisələri ilə əməkdaşlığın inkişafında maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Özbəkistan STEAM təhsili sahəsində beynəlxalq əməkdaşlığı
inkişaf etdirməyi planlaşdırır.

Bunu Özbəkistanın Xanabad şəhəri 2 nömrəli məktəbin innovasiya
və sahibkarlıq üzrə mentoru Nigora Əliyeva Bakıda keçirilən STEAM
Azərbaycan (SAF 2025) Beynəlxalq Festivalının açılış mərasimi
çərçivəsində Trend-ə açıqlamasında bildirib.

“Biz bu festivalda ilk dəfə iştirak edirik və yağış suyunun
içməli suya çevrilməsi layihəsini təqdim edirik. Hər şey yüksək
səviyyədə təşkil olunub. Ümid edirik ki, münsiflər heyəti
layihəmizə diqqət yetirəcək və onun daha da inkişafına şərait
yaranacaq”, – deyə o bildirib.




Nigora Əliyeva qeyd edib ki, Xanabad şəhərinin 2 nömrəli məktəbi
öz tədqiqat istiqamətləri çərçivəsində Azərbaycan məktəbləri və
universitetləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

“Biz adi ümumtəhsil məktəbiyik və layihəni irəli aparmaq üçün
tərəfdaş tapmaq bizim üçün çox önəmlidir. Yerli məktəblər və
universitetlərlə təcrübə mübadiləsi aparmaq, elmi və texnoloji
təşəbbüsləri inkişaf etdirmək istərdik”, – deyə o vurğulayıb.

Mentorun sözlərinə görə, komanda festival haqqında sosial
şəbəkələr vasitəsilə məlumat əldə edib və tədbirdə iştirak
beynəlxalq əlaqələrin qurulması və bilik mübadiləsi üçün yaxşı
imkan yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir