
Bakı. Trend:
“Persepolis”in futbolçusu Oston Urunov karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.
Trend xəbər
verir ki, “Yuventus” özbəkistanlı vingeri transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Ağ-qaralar”ın idman direktoru Marko Ottolini Özbəkistan milli
komandasının baş məşqçisi Fabio Kannavaro ilə əlaqə saxlayaraq
oyunçu haqda məlumat istəyib. “Yuevntus”un qarşıdakı transfer
pəncərəsi zamanı rəsmi addımlar atacağı gözlənilir.
Qeyd edək ki, Oston Urunov 2024-cü ilin yayından “Persepolis”də
çıxış edir. 24 yaşlı futbolçu bu mövsüm İran təmsilçisinin
heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda
qalıb.

