Dünyanın ən qısa uçuşu:

Baş səhifə

Dünyanın ən qısa kommersiya uçuşu Şotlandiyanın Orkney adalarında həyata keçirilir.

Metbuat.az bildirir ki, uçuş Uestray və Papa Uestray adlı iki kiçik ada arasında baş tutur və cəmi 1,7 kilometr məsafəni əhatə edir.

Bu reys “Loganair” aviaşirkəti tərəfindən yerinə yetirilir. Uçuş müddəti normal şəraitdə 53 saniyə təşkil edir. Küləyin istiqaməti və hava şəraitindən asılı olaraq bu müddət bəzən 47 saniyəyə qədər qısala bilir. Uçuşu həyata keçirən kiçik təyyarədə adətən 8 nəfərlik yer olur. Bu reys daha çox ada sakinlərinin gündəlik ehtiyacları üçün nəzərdə tutulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir